İcra başçısı Bayılda sürüşmə zonası ilə bağlı göstəriş verib – FOTO

İcra başçısı Bayılda sürüşmə zonası ilə bağlı göstəriş verib – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bayıl sürüşmə zonasındakı əraziyə baş çəkib.

A24.Az Report-a istinadən xəbər verir ki, icra başçısı ərzidə yaşayan sakinlərlə görüşüb.

Görüş zamanı mübahisə düşüb. İcra başçısı vəziyyətlə tanış olub və sakinlərin hamısının ərazidən köçürülməsi ilə bağlı tapşırıq verib. Ə.Əzizov həmçinin sakinlərin əşyalarının daşınmasına yardım olunmasını da tapşırıb.

Rayon İH başçısı bildirib ki, hazırda danışıqlar gedir, gələn həftənin əvvəlində evlərindən köçürülən sakinlərə kirayə pulları veriləcək.

E. Əzizov yaşamaq üçün yeri olmayan sakinlərə orta məktəbdə yer ayrıldığını, onların gündə 3 dəfə isti yeməklə təmin olunduğunu da açıqlayıb.

Qeyd edək ki, Səbail rayonunun ərazisindəki Bayıl yamacında sürüşmə qeydə alınıb. Hadisə nəticəsində bir neçə evə ciddi ziyan dəyib, elektrik dirəkləri aşıb. Fövqəladə Hallar Nazirliyinin və digər müvafiq qurumların nümayəndələri ərazidədirlər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar