A24 Xeber

İcra hakimiyyəti orqanlarının yolların tikintisi sahəsindəki səlahiyyəti ləğv edildi

İcra hakimiyyəti orqanlarının yolların tikintisi sahəsindəki səlahiyyəti ləğv edildi
42
04 May 2018 - 3:46

Nazirlər Kabineti “Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyunca yerləşən mövcud mühəndis-kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması Qaydası”nda dəyişiklik edib.

A24.Az APA-ya istinadən xəbər verir ki, indiyə qədər qüvvədə olan Qaydaya əsasən avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işləri aparılarkən, mühəndisi kommunikasiyaların dəyişdirilməsi, köçürülməsi, yenidən qurulması avtomobil yollarının və mühəndisi kommunikasiyaların mülkiyyətçilərinin, yerli icra hakimiyyəti orqanlarının və Daxili İşlər Nazirliyinin razılığı ilə qüvvədə olan normativ və layihə-smeta sənədləri əsasında həyata keçirilib.

Dəyişikliyə əsasən yerli icra hakimiyyəti orqanlarının bu sahədə səlahiyyəti ləğv edilib.

Başqa sözlə, avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işləri aparılarkən, mühəndisi kommunikasiyaların dəyişdirilməsi, köçürülməsi, yenidən qurulması avtomobil yollarının və mühəndisi kommunikasiyaların mülkiyyətçilərinin və Daxili İşlər Nazirliyinin razılığı ilə qüvvədə olan normativ və layihə-smeta sənədləri əsasında həyata keçiriləcək.

İndiyə qədər Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş, habelə avtomobil yolları və yol qurğuları mülkiyyətçilərinin kommunikasiyaların çəkilməsi ilə bağlı verdikləri icazə halları istisna olmaqla, bu işlər Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun müəyyən edilmiş qaydada müvafiq yerli icra hakimiyyəti orqanlarının icazəsi əsasında yerinə yetirilib.

Bundan sonra isə  Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu işlər Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş qaydada yerinə yetiriləcək.

Qeyd edək ki,  Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.8-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində  təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin tikintisinə icazə tələb olunmur. Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallar istisna olmaqla dedikdə də məhz bu hal nəzərdə tutulur.

A24.Az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00