İctimai Televiziyada daha bir rəsmi şəxs VƏZİFƏDƏN GETDİ

İctimai Televiziyada daha bir rəsmi şəxs VƏZİFƏDƏN GETDİ
Want create site? Find Free WordPress Themes and plugins.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun müavini Həsən Abdullayev vəzifəsindən gedib.
A24.Az xəbər verir ki, BakuPost-a daxil olan məlumata görə, o, dünən rəhbərliyə işdən azad olunması üçün ərizə ilə müraciət edib. Onun ərizəsi qəbul edilib.
Məlumat üçün bildirək ki, H.Abdullayev bundan əvvəl Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin baş prodüseri və ATV-nin vitse-prezidenti olub.
TV-nin yeni rəhbərliyi artıq onun yerinə namizəd də tapıb. Əldə olunan məlumata görə, TV-nin işçisi, yeni rəhbərliyin “Carçı” xəbərlər departamentinə nəzarəti həvalə etdiyi Murad Hüseynov hələ ki bu posta yeganə namizəddir.
Yayım Şurasının bu dəqiqələrdə keçirilən iclasından sonra onun baş direktorun müavini vəzifəsinə təsdiqlənəcəyi gözlənilir.
Ümumiyyətlə isə, İTV-nin baş direktorluğu vəzifəsini müvəqqəti icra etməyə başladığı gündən Balakişi Qasımov Murad Hüseynova yüksək etimad göstərib. O, Yayım Şurasının seçimləri rəsmi elan etdiyi günə qədər özündən sonra ən yüksək səlahiyyətləri məhz M. Hüseynova verib. TV-də edilən islahatlardan tutmuş kadr dəyişikliklərinə kimi bütün işlərə adıçəkilən şəxs nəzarət edir.
Görünür, B. Qasımov rəsmən baş direktor elan edildikdən sonra isə onu öz müavini kimi görmək istəyib və namizədliyini irəli sürüb.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar