A24 Xeber

İdlibdə camaat yerin altına girir – FOTOLAR

İdlibdə camaat yerin altına girir – FOTOLAR
42
07 Sentyabr 2018 - 10:54

Əsəd rejiminin İdlib əməliyyatından canının qurtarmağa çalışan dinc əhali evlərinin altında tunellər qazaraq sığınacaq hazırlayıblar.

“A24.az” bildirir ki, Suriyanın İdlib şəhəri Əsəd rejimi ilə müxalifətin sonuncu müharibəsinə hazırlaşır. Müxaliflərin əlində sonuncu qala olaraq görünən İdlibdə Rusiya hərbi təyyarələri və rejimin topçu silahlıları şəhəri bombalamağa başlayarkən əhali təşvişə düşüb və canlarını qurtarmaq üçün hazırlıqlar görürlər.

Dinc əhalinin bir hissəsi təhlükəsiz yerlərə qaçsa da, şəhərdə qalanlar öz imkanları daxilində hücumlardan qorunmağa çalışır. Əhali ilk olaraq İdlibdə yerin altında inşa edilən tunel və sığınacaqlarda yerləşməyə başlayıb. Evlərin altında, təhlükəsiz yerlərdə olan sığınacaqlar atəşkəs dövründə istifadəsiz qalsa da, hücumların başlamasıyla əlaqədar yenidən əhalinin qorunması üçün başlıca məkanlar olub. Bölgədə yaşayanlar artıq indidən tunellərə qida və içmək üçün vasitə depolayır.

Lakin dinc əhalinin hazırlığı bununla bitmir. Əsədin kimyəvi silah hücumundan qorunmaq üçün dinc əhali kömürdən özlərinə maska da hazırlayıb. Əhali plastik stəkanların altından deşiklər açır, içinə sellofan qoyur və kömürlə dolduraraq özləri üçün qaz əleyhinə maska hazırlayır.

Artıq 7 ildir Suriyada davam edən daxili müharibədə bir neçə dəfə kimyəvi silahdan istifadə olunub. Bu hücumlar zamanı ən çox hədəf ola bilənlər isə məsum və köməksiz uşaqlardır. Odur ki, əhali öz aralarında uşaqları da təlimləndirərək onlara qaz maskasından necə istifadə etmələrini, tunel və sığınacaqlardakı giriş və çıxışları, həyatda qalmağın, mübarizə aparmağın yollarını öyrədirlər.

Bir sözlə, Suriyada azyaşlı uşaqlar dostları ilə küçədə oyun oynamalı olduğu halda, gözlərində qorxuyla həyatda sağ qalmağı öyrənirlər.

    

Firuzə Alimova / A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00