A24 Xeber

İdlibdə yeni hava hücumu: 3 rus, 2 Suriya təyyarəsi bölgəni bombaladı

İdlibdə yeni hava hücumu: 3 rus, 2 Suriya təyyarəsi bölgəni bombaladı
36
07 Sentyabr 2018 - 13:57

Rusiya ilə Suriyanın rejim qüvvələrinin İdlibə qarşı başlatdığı hücumlar davam edir.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, bu gün İdlib yenidən hava hücumuna məruz qalıb.

Belə ki, İranın paytaxtı Tehranda Türkiyə, Rusiya və İran liderlərinin bir araya gəldiyi sammitin başlamasından bir neçə saat əvvəl hücum xəbəri gəlib. Suriyada 2 Suriya və 3 Rusiya hərbi təyyarələrin İdlibi vurduğu açıqlanıb. Rejim qüvvələri ilə Rusiya hərbi təyyarələrinin müxalif bölgəni bombalamağa başladığı bildirilib.

Yerli qaynaqların yaydığı məlumata görə, Han Şeyhun, El habit, Tel Assas, Kefr Zeyta və Kfr Ayn kimi məntəqələrin hədəfə alındığı deyilir. Partlayış səslərinin eşidildiyi El Habitdə ən azı bir nəfərin öldüyü, çoxlu sayda yaralının olduğun bildirilib.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00