A24 Xeber

İdlibə hava zərbələri endirildi: 17 nəfər öldü

İdlibə hava zərbələri endirildi: 17 nəfər öldü
25
10 İyun 2018 - 19:51

 Suriyanın İdlib vilayətinə növbəti hava zərbələri endirilib.

A24.Az Report-a istinadən xəbər verir ki, hücum nəticəsində 17 nəfər həlak olub. Onların hamısının dinc sakinlər olduğu bildirilir.

Qeyd edilir ki, hava zərbələri Bəşşar Əsədə məxsus hərbi hava qüvvələri tərəfindən Binneş, Teftenaz və Arix yaşayış məntəqələrinə endirilib. Hava zərbələrinə həmçinin Ram Həmdan və Binneş kəndləri də məruz qalıb.

İdlibin mülki müdafiə qüvvələrinin nümayəndələri Teftenazda uşaq xəstəxanasına zərbələrin endirilməsini təsdiqləyiblər. Bildirilib ki, zərbələr nəticəsində 3-ü uşaq olmaqla, 5 nəfər həlak olub. Bu yaşayış məntəqəsində iyunun 10-da ümumilikdə 13 nəfər həlak olub. Arixdə 2 nəfər, Binneş və Ram Həmdanda isə 1 nəfər həlak olub.

Hava zərbələri nəticəsində yaralananlar da var. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Xatırladaq ki, iki gün əvvəl İdlibin bombalanması nəticəsində 49 nəfər ölüb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00