III Dünya savaşı: Türkiyə üçün ən pis ssenari

III Dünya savaşı: Türkiyə üçün ən pis ssenari
Want create site? Find Free WordPress Themes and plugins.

Qlobal iqtisadiyyat və siyasət böyük bir çevrilmə yaşayır. ABŞ hökuməti növbəti 10 il ərzində Şərqin iqtisadi yüksəlişinin qarşısını almaq üçün ümidsizcəsinə cəhdlər göstərir.

A24.Az “ Axar.az”a istinadən xəbər verir ki, bu barədə türkiyəli ekspert Evrən Devrim “Yeni silahlarla yeni dünya savaşı” məqaləsində yazıb. O, dünyada yeni iqtisadi və soyuq müharibənin başlayacağını bildirib:

“ABŞ Çin iqtisadiyyatındakı yüksəlişi öz gələcəyinə təhlükə olaraq görür. Bu məqsədlə Çinə qarşı gömrük vergiləri silahından istifadə edərək, həm yerli istehsalını artırmaq, həm də Çin məhsullarını daha az istehlak etməklə Pekinə zərbə vurmaq istəyir.

Bir müddət əvvəl Çin lideri Si Szinpin ABŞ-ın ticarət siyasətini “qısa müddətli” və “eqoist” adlandırdı. Görünən odur ki, vəziyyət daha da gərginləşəcək. Belə bir şəraitdə Türkiyə iqtisadi və siyasi planını müəyyən etməlidir. Çünki iqtisadi silahların istifadə edildiyi III Dünya savaşında nə etməli olduğumuza qərar verməliyik. Yoxsa Osmanlı İmperiyasının son dönəmində olduğu kimi, yarı müstəmləkə bir dövlət halına düşə bilərik”.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar