III Tələbələrarası Məntiq Olimpiadası start götürdü - FOTO

III Tələbələrarası Məntiq Olimpiadası start götürdü – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

“Veysəloğlu Qrup”un baş sponsorluğu, Xəzər Universitetinin akademik tərəfdaşlığı, Kainat Tədris Mərkəzinin və ATGTİ-nin birgə layihəsi olan III Tələbələrarası Məntiq Olimpiadası start götürüb. 

“A24.az” xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunan olimpiadanın ilk turunda ölkənin müxtəlif universitetlərinin tələbələri final mərhələsinə yüksəlmək uğrunda mübarizə aparıblar. Belə ki, Azərbaycan Dövlət Neftvə Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Xəzər Universiteti, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinin inzibati binasında baş tutan Məntiq Olimpiadasının birinci mərhələsində ümumilikdə 3177 tələbə iştirak edib və final mərhələsinə 200 nəfər vəsiqə qazanıb.

Qeyd edək ki, Məntiq Olimpiadasının final mərhələsi mayın 13-də, mükafatlandırma mərasimi isə 24-də baştutacaq. İlk 10 yeri tutan iştirakçılara “Veysəloğlu Qrup” tərəfindən qiymətli hədiyyələr və diplom təqdim olunacaq. Məntiq Olimpiadasının qalibinə isə əlavə olaraq XəzərUniversitetində iki illik ödənişsiz MBA təhsili almaq şansı qazanacaq.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Təhsil, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar