İki azərbaycanlını liftdə güllələyənlər saxlanıldı - Biri polisdir

İki azərbaycanlını liftdə güllələyənlər saxlanıldı – Biri polisdir
Want create site? Find Free WordPress Themes and plugins.

Bir həftə öncə Rusiyanın Krasnodar şəhərində liftə ölü tapılan iki azərbaycanlı iş adamının qətli ilə bağlı yeni təffərrüatlar məlum olub.

“A24.az” “azvision.az”a istinadən xəbər verir ki, cinayət işi ilə bağlı 17-39 yaş arası 4 nəfər saxlanlıb. Onlardan biri polis işçisi, digəri isə həmin iş adamlarının şirkətinin əməkdaşı olub.

İstintaq nəticəsində məlum olub ki, azərbaycanlı biznesmenlər 7 mart tarixində Moskvaya yola düşməliymişlər. Onların əlində içərisində 17 milyon rubl pul olan 3 çanta olub. İlkin ehtimala görə, bu barədə şirkətin əməkdaşı xəbərdar olub. Məhz buna görə, onlar avtomobillə azərbaycanlıların yaşadığı binaya gələrək liftin qarşısında hədəfi gözləyiblər.

Qapılar açılan kimi adı açıqlanmayan 37 yaşlı şəxs soyuq silahla biznesmenlərin başlarından vurub. Daha sonra hər iki azərbaycanlını güllələyiblər. Hazırda cinayəti törədən qrupun bütün üzvləri saxlanılıb və ifadələri alınıb. Faktla bağlı istintaq davam etdirilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar