A24 Xeber

Bu gün ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Helsinkidə görüşəcək.

“A24.az” “gazeta.ru”ya istinadən xəbər verir ki, Tramp Putinlə görüşməzdən əvvəl rusiyalı həmkarına “kiçik hədiyyə” edəcəyi barədə açıqlama verib.

İnvestorlar güman edir ki, bu görüş sanksiyaların ləğv edilməsi üçün ümidvericidir.

Donald Tramp isə “bizim Rusiya ilə olan münasibətlərimiz ABŞ tərəfindən uzun illər davam edən hansısa axmaqlıq və düşüncəsizliyindən dolayı heç vaxt pis olmayıb” – şəxsi tvitter səhifəsində yazıb.

Hətta Donald Tramp görüşdən əvvəl jurnalistlərə açıqlama verərkən bildirib ki, Helsinkidə rusiyalı həmkarı Vladimir Putinə vermək üçün “kiçik hədiyyə” də hazırlayıb.

Ehtimal edilir ki, iki ölkə lideri arasında baş tutacaq görüş asan olmayacaq. Daha əvvəl Kreml və Ağ Ev görüş çərçivəsində iki ölkə liderinin Rusiya-Amerika əlaqələrinin inkişafını müzakirə edəcəklərini açıqlayıblar: “Biz Suriya məsələsini həll etmək istəyirik. Əlbəttə ki, prezident seçkilərinə ( 2016-cı ildə ABŞ-da keçirilən seçkilər) müdaxiləylə bağlı sizin sevimli sualınızı da verəcəyik. Biz həmçinin başqa məsələlər barəsində də danışacağıq, Ukraynanı müzakirə edəcəyik. Mənə maraqlıdır, o bu haqda nə düşünür” deyə Tramp NATO sammitində fikirlərini səsləndirib.

Görüşlə bağlı Putinin mətbuat xidmətinin rəhbəri Dmitriy Peskov da şərh verib. O bildirib ki, Trampla Putin bir-birinə hörmətlə yanaşır: “Və onlar arasında söhbət heç də pis alınmır. Halbuki bundan əvvəl uzun müddətli ikitərəfli görüş üçün fürsət yaradılmasa da, bu dəfə daha uğurlu danışıqların baş tutacağına inanırıq”.

https://www.youtube.com/watch?v=Vqm1TGVTu9E

A24.az

Bu gün ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Helsinkidə görüşəcək. “A24.az” “gazeta.ru”ya istinadən xəbər verir ki, Tramp Putinlə görüşməzdən əvvəl rusiyalı həmkarına “kiçik hədiyyə” edəcəyi barədə açıqlama verib. İnvestorlar güman edir ki, bu görüş sanksiyaların ləğv edilməsi üçün ümidvericidir. Donald Tramp isə “bizim Rusiya ilə olan münasibətlərimiz ABŞ tərəfindən uzun illər davam […]

İki böyük lider bu gün görüşür – Tramp Putinə nə hədiyyə edəcək? – VİDEO

30