A24 Xeber

İki gənc itkin düşdü- Azərbaycanda

İki gənc itkin düşdü- Azərbaycanda
49
21 Aprel 2018 - 9:47

Azərbaycanda iki gənc itkin düşüb.

A24.Az yenicag.az-a istinadən xəbər verir ki, söhbət alpinizim idman növü ilə məşğul olan Nüsrət Nəzərzadədən və onun dostu Aqil Təbirlidən gedir.

Bu barədə saytımıza itkin düşən gənclərin yaxınları məlumat veriblər.

Belə ki, Sumqayıt şəhərində yaşayan gənclər aprelin 18-də günorta radələrində məşq etmək üçün rezin qayıqla Xəzər bağları istiqamətinə yollanıblar.

Həmin tarixdən etibarən adıçəkilən gənclərdən xəbər yoxdur. Hadisə ilə bağlı FHN və 102 xidmətinə məlumat verilib. Sahil ətrafında axtarış aparılsa da, bu, heç bir nəticə verməyib.

Qeyd edək ki, Nüsrətin 17, Aqilin isə 15 yaşı var.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00