İki gənc xanəndənin faciəvi hekayəsi - qəza, yoxsa qətl...

İki gənc xanəndənin faciəvi hekayəsi – qəza, yoxsa qətl…
Want create site? Find Free WordPress Themes and plugins.

Dəhşətli hadisənin mübhəm məqamları var; Miryusif Mirizadəni öz dostu Novruz Hüseynovun öldürdüyü iddia olunur, ancaq… 

Avqustun 1-də gənc xanəndələr  Miryusif Mirizadə və Novruz Hüseynovun avtomobil qəzası zamanı öldüyü barədə məlumatlar yayıldı. Əvvəlcə bildirildi ki, gənc xanəndələr qəzaya düşərək, dünyalarını dəyişiblər. Sonradan isə məlum oldu ki, bu, qəza deyil. Çünki qəza sonrası avtomobili idarə edən Novruz Hüseynovun meyiti avtomobildə tapılmayıb. Avtomobildə olan digər gənc xanəndə Miryusif Mirizadənin  meyitinin üzərində zorakılıq əlamətləri aşkarlanıb və ona 14 bıçaq zərbəsi vurularaq qətlə yetirildiyi məlum olub.

Avqustun 2-də səhər saatlarında N.Hüseynovun meyiti isə Ağcabədi rayonu ərazisində, Qarabağ su kanalında yerli sakinlər tərəfindən aşkar edilib.

Məlum olub ki, avtomobildə meyiti tapılan Miryusif Mirizadə xalq artisti Arif Babayevin tələbəsidir.

Miryusif Mirizadənin şəxsi barəsində məlumat almaq üçün Arif Babayevlə əlaqə saxladıq. A. Babayev “Yeni Müsavat”a bildirdi ki,  Miryusif  3 il onun tələbəsi olub: “Miryusifə dərs deyirdim. Onu çox yaxşı tələbə kimi xatırlayıram. Özüm də sabah onların kəndinə gedəcəm. Hadisə mənə də təəccüblü gəldi. Orada öyrənəcəm ki, nə üçün bu cür hadisə baş verib. Doğrusu, hazırda hadisə ilə bağlı yalnız mətbuatdan oxuduqlarımı bilirəm. Onu deyim ki, Miriyusifin gözəl səsi vardı. Çox sakit, ağıllı, tərbiyəli tələbə idi. Heç zaman onun hər hansı bir xoşagəlməz hərəkətini görməmişəm. Xəbəri eşidəndən sonra özümə gələ bilmirəm. Miriyusifin qəti şəkildə yad əməllərlə işi olmazdı. Ancaq onunla maşında olan digər şəxsi tanımıram. Buna görə də həmin şəxs barəsində heç bir söz deyə bilmərəm. Allah hər ikisinə rəhmət eləsin”.

Ä°lgili resim

Xanəndələrlə bağlı arayış:

Avtomobilin sürücüsü olan və meyiti hadisədən bir gün sonra kanaldan tapılan xanəndə Novruz Hüseynov 1990-cı il may ayının 3-də Ağdam rayonunda dünyaya gəlib. O, Bakı Mədəni Maarif Texnikumunda, Bakı Humanitar Kollecində və Milli Konservatoriyada təhsil alıb. 2015-ci ildə Azərbaycan Televiziyası, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən Televiziya Muğam Müsabiqəsinin iştirakçısı olub.

Meyiti avtomobildə tapılan və üzərində çoxsaylı bıçaq yaraları olan xanəndə Miryusif Mirizadə 30 iyul 1989-cu ildə Ağdam rayonunda anadan olub. Azərbaycan Milli Konservatoriyasında musiqi təhsili alıb. O, 2015 Televiziya Muğam Müsabiqəsinin laureatı olub. Hər iki xanəndə yaxın dost olublar.

Novruz Hüseynov ile ilgili görsel sonucu

Məsələ ilə bağlı rəsmi məlumat almaq üçün hadisənin araşdırıldığı Bərdə Rayon Prokurorluğu ilə əlaqə saxladıq. Prokurorluqdan “Yeni Müsavat”a bildirildi ki, hadisə ilə bağlı araşdırma aparılır. Ona görə də hələ ki konkret açıqlama verə bilməzlər.

Bərdə Rayon Prokurorluğundan “Report”a verilən məlumatda isə qeyd olunub ki,  avqustun 1-də avtomobil qəzası zamanı öldüyü bildirlən xanəndə Novruz Hüseynovun meyiti Qarabağ su kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində aşkarlanıb. Ekspertizaya göndərilən meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Onun su kanalında boğularaq öldüyü bildirilib.

Miri Yusif Mirizadə ile ilgili görsel sonucu

Miryusif Mirizadənin əmisi Mirsəməd Mirizadə “azvision.az” saytına bildirib ki, onlar hadisənin necə baş verməsi, motivləri barədə məlumatsızdırlar. Onun sözlərinə görə, qardaşı oğlunun bədənindəki yaralar ekspertiza zamanı şübhələr doğurub: “Xəbəri ilk bilən qardaşım olub. O, keçmiş polis əməkdaşıdır. Polis idarəsində Miryusifin soyadından biliblər ki, bizim qohumumuzdur. Ona görə də ilk ona zəng ediblər. Daha sonra meyiti Bərdə Polis Şöbəsinin əməkdaşları ”morq”a aparıblar və orada ekspertiza edilib. Miryusifin bədənində elə yaralar var ki, ekspertizadan keçəndə şübhələr doğurub. Müəmmalar var. Çox dəhşətli vəziyyətdir. Təsəvvür edin, maşın yuvarlanıb, ağacları qıra-qıra gedib. Biz hələ də bilmirik ki, nə baş verib? Qəzadır, yoxsa qətl, bilmirik. Miryusif elə vəziyyətdə idi ki, biz onun meyitinə baxa bilmədik. Araşdırmadan sonra hər şey dəqiq bilinəcək”.

Novruz Hüseynov ile ilgili görsel sonucu

Mərhumun qohumu deyib ki, Miryusif Mirizadə və Novruz Hüseynov yaxın dost olublar.

Avqustun 2-də günün ikinci yarısında yayılan məlumatda isə qeyd olundu ki, yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadə dostu Novruz Hüseynov tərəfindən qətlə yetirilib.

Report-un yaydığı  məlumata görə, N.Hüseynov dostunu 14 bıçaq zərbəsi ilə öldürdükdən sonra özünü Qarabağ su kanalına ataraq intihar edib. Onun meyiti hadisənin baş verdiyi ərazidən 5 km aralıda Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində tapılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar