A24 Xeber

İki illik fasilədən sonra Rusiya ilə Misir arasında İLK

İki illik fasilədən sonra Rusiya ilə Misir arasında İLK
26
12 Aprel 2018 - 8:27

Rusiya Misirlə birbaşa hava əlaqəsini bərpa edib.

Bu barədə “A24.az” “RİA Novosti”yə istinadən xəbər verir.

Məlumata əsasən, 2,5 il fasilədən sonra ilk təyyarə Moskvanın “Şeremetyevo” hava limanından Qahirəyə uçub.

SU400 reysini yerinə yetirən təyyarə Moskva vaxtı ilə 21:05-də havaya qalxıb. İlk reyslə Misirin paytaxtına 120-ə yaxın sərnişin uçub.

İki ölkə arasında hava əlaqəsi 2015-ci ilin payızında “Koqalımavia” aviaşirkətinin təyyarəsinin Sinay yarımadasının üstündə qəzaya uğramasından sonra kəsilmişdir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00