A24 Xeber

İki ölkə PKK-ya əmr verdi: Türkiyəyə hücum edin

İki ölkə PKK-ya əmr verdi: Türkiyəyə hücum edin
53
11 May 2018 - 15:10

ABŞ və Fransadan gələn zabitlər 29 apreldə Suriyanın Rakka bölgəsində PKK terror təşkilatının rəhbərlərilə görüşüblər.

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hüquq mühafizə orqanları görüşün qardaş ölkədə 24 iyunda baş tutacaq seçkilərlə əlaqədar olduğunu bildiriblər.

Zabitlər PKK terrorçularına Türkiyəni qarışdıracaq aksiyalar keçirmək, yeni şəxsləri təşkilata cəlb etmək, eləcə də bombalı hücumlar törətmək barədə tapşırıq veriblər. Hazırda Türkiyənin hüquq mühafizə orqanlarının terrora qarşı hazır vəziyyətdə gözlədiyi bildirilir.

Nərmin Kərim, A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00