A24 Xeber

İki rayonda qaz olmayacaq

İki rayonda qaz olmayacaq
36
03 May 2018 - 9:55

Diametri 1220 mm-lik “Astara-Qazıməmməd” maqistral qaz kəmərinin 102-103-cü km-lərində avtomobil yolu ilə kəsişən və yeni çəkilərək təhlükəsiz əraziyə köçürülmüş hissəsinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, bu gün saat 09:00-dan işlər yekunlaşdırılanadək təmir işləri aparılacaq.

A24.Az xəbər verir ki, bu barədə  “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Təmir müddətində Masallı və Cəlilabad rayonlarının yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyət yaranacaq.

Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

A24.Az 

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00