İki tona yaxın narkotik tərkibli bitki kolları məhv edildi

İki tona yaxın narkotik tərkibli bitki kolları məhv edildi
Want create site? Find Free WordPress Themes and plugins.

Baş Narkotiklərlə Mübarizə İdarəsi və İsmayıllı RPŞ əməkdaşları “Xaş-xaş” 2018 tədbirlər planına uyğun olaraq birgə əməliyyat keçirib.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq məhv edilib.

 Bundan əlavə DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin və İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Xanagah kəndi ərazisində yabanı halda bitən ümumi çəkisi 1ton 260 kiloqram olan 1733 ədəd , eləcə də Cülyan kəndi ərazisində ümumi çəkisi 520 kiloqram olan 462 ədəd narkotik tərkibli çətənə bitki kolları aşkar edilərək yandırılma yolu ilə məhv edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar