İkinci dəfə ailə həyatı quran Azərbaycan məşhurları - SİYAHI

İkinci dəfə ailə həyatı quran Azərbaycan məşhurları – SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.

Parlaq  karyeraları olan məşhurların bəzilərinin ailə həyatları bir o qədərdə ürəkaçan olmur. 

A24.az sizin üçün ikili münasibətlərdə uğursuz olan cütlükləri araşdırıb.

Xalq artisti, sevilən müğənni Zülfiyyə Xanbabayeva da uğursuz ailə həyatı quran xanım müğənnilərimizdəndir. 90-cı illərdə Aydın adlı bir şəxslə ailəli olan Xanbabayeva, Zaur Babayevlə ikinci dəfə nigaha girib. İlk birlikdəlikdən övladı olmayan Zülfiyyə xanımın , hal-hazırda Dəniz adlı bir qızı var.

Bu siyahıda son illər məşhurlaşan İlhamə qasımovada yer alır. “İkinci dəfə ailə həyatı qurdum ki, övladım olsun. Birinci ailə həyatım uğursuz oldu. Ailəmin rayonda barmaqla göstərilməyini istəmirəm.” deyən xanım müğənninin bu evliliyi də sonlanıb.

Əməkdar artist Naibə Allahverdiyevada ikinci dəfə ailə quran məşhurlarımızdandır. İlk evliliyindən Məryəm adlı qızı  olan xanım sənətkarın ikinci nigahından övladı yoxdur.

Qeyd edək ki, son evliliyi yaxın keçmişə aiddir.

ANS-in keçmiş aparıcısı Gülnarə Məmmədovanın ikinci dəfə ailə həyatı quran məşhurlardandır. Türkiyədə yaşayan G.Məmmədova Özgür adlı iş adamı ilə ailə qurub. Qeyd edək ki, xanım aparıcının bu dəfəki birlikdəliyi uğursuz alınıb. Hal hazırda subaydır.

“Boşanmış qadının ailə həyatı qurmağa daha çox ehtiyacı var deyən Mətanət Əliverdiyeva da ikinci dəfə ailə həyatı quranlardandır. Qeyd edək ki,aparıcının ilk evliyindən 24 yaşlı Oktay adlı bir oğlu var.

Rəqqasə Oksana isə nə az nə çox düz 3 dəfə ailə həyatı qurub. İlk iki evliliyini çox gənc yaşlarında edib. Üçüncü evlili isə məşhur reper Elşad Xose ilə olan aktirsanın yenə bəxti gətirməyib və o, bu evliliyinə də son qoyub. Onun heç bir nigahdan övladı yoxdur.

Müğənni Nura Suri də bu siyahıda yer alan məşhurlardandır. Onun İran əsilli birinci həyat yoldaşından Mövsün, ikinci həyat yoldaşından Xosrov adlı övladı var. Müğənnin kiçik oğlu David isə onun qeyri-rəsmi nigahından doğulan oğludur.

“Teletime” verilişi ilə şəhurlaşan aparıcı Azər Axşam da ikinci dəfə ailə həyatı qurub. Aktyor kimi də tanınan Azər Axşamın da birinci həyat yoldaşından boşanaraq, yenidən ailə həyatı qurduğu məlumdur.

Xalq artisti Arif Quliyevin hazırkı həyat yoldaşı aktyorun ikinci evliliyidir. Onun birinci nigahından olan oğlu yaxın zamanlarda vəfat edib. Aktyorun ikinci həyat yoldaşından isə 2 övladı var.

Bu siyahıda Aysel Teymurzadə yer alsa da o ikinci dəfə ailə həyatı qurmayıb. O həyat yoldaşı Murad Adıgözəlzadənin ikinci xanımıdır.Xalq artistinin ilk nigahdan 3 övladı var.

Bir digər xanım müğənni Aysel Əlizadə də keçmiş energetika naziri Natiq Əliyevin oğlu ilə evlidir. Qeyd edək ki, Fərhad Əliyev əvvəl dizayner Sara Əliyeva ilə ailəli olub. Həmin nigahdan bir qızı var. Cütlüyün bir oğlu və bir qızı var.

Xəyalə Vaqif, A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes, Reportaj
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar