İkinci sərbəst yürüşlər – Ferstappen yenə keçilməzdir!

İkinci sərbəst yürüşlər – Ferstappen yenə keçilməzdir!
Want create site? Find Free WordPress Themes and plugins.

İkinci sessiyadan əvvəl trasın vəziyyəti düzəlib. Komandalar start verildikdən sonra dərhal işə başlayıblar. Havanın temperaturu və asfaltın istiliyi bir qədər aşağı düşüb. Bu sessiya sıralanma turu və yarışla eyni saatda baş tutacağından, həmin sessiyalarda da eyni hava şəraitini gözlənilir.

A24.az xəbər verir ki, sürücülər sessiyaya Soft təkərlərlə başlayıblar, sonra isə tədricən SuperSoft təkərlərə keçiblər. İlk sessiyada qəza edən Peresin maşını startdan bir qədər sonra tam hazır olub və meksikalı proqram üzrə işləyə bilib. İlk sessiyada olduğu kimi, bu dəfə də sürücülər səhvlərə yol veriblər. Sessiyanın gedişində Qrojanın əyləclərində problem çıxıb və ön əyləclər əvəzlənib.

Kvyatın maşını 15-ci döngədə divara toxunub, lakin zədələnməyib. Pirelli-nin reklamı trasın üzərinə düşdüyündən, bir neçə dəqiqəlik Virtual Təhlükəsizlik maşını rejimi elan olunub. Sessiyanın sonuna 44 dəqiqə qalmış qırmızı bayraqlar dalğalandırılıb – Palmer səkkizinci döngədə qəza edib. Maşının təxliyəsi 8 dəqiqə çəkib. Sessiyanın sonuna yaxın isə Alonso güc qurğusundakı problemə görə dayanmalı olub. Maks Ferstappen protokollara başçılıq edib – 1:43.362. Holland sürücü son dəqiqələrdə qəza edib. Məşqlər sabah 14:00-da davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:43.362 21
2 77 Valtteri Bottas Mercedes AMG 1:43.462 + 0:00.100 23
3 7 Kimi Rəykkönen Ferrari 1:43.489 + 0:00.127 19
4 5 Sebastyan Fettel Ferrari 1:43.615 + 0:00.253 20
5 18 Ləns Stroll Williams 1:44.113 + 0:00.751 13
6 3 Daniel Rikkardo Red Bull 1:44.114 + 0:00.752 22
7 11 Serxio Peres Force İndia 1:44.306 + 0:00.944 18
8 26 Daniil Kvyat Toro Rosso 1:44.321 + 0:00.959 20
9 31 Esteban Okon Force İndia 1:44.484 + 0:01.122 21
10 44 Lyuis Həmilton Mercedes AMG 1:44.525 + 0:01.163 15
11 19 Felipe Massa Williams 1:44.609 + 0:01.247 18
12 14 Fernando Alonso McLaren 1:45.515 + 0:02.153 15
13 55 Karlos Sayns Toro Rosso 1:45.733 + 0:02.371 23
14 20 Kevin Maqnussen Haas 1:45.831 + 0:02.469 18
15 27 Niko Hülkenberq Renault 1:46.003 + 0:02.641 15
16 30 Colion Palmer Renault 1:46.061 + 0:02.699 17
17 2 Stoffel Vandorn McLaren 1:46.174 + 0:02.812 16
18 8 Roman Qrojan Haas 1:47.722 + 0:04.360 16
19 94 Paskal Verlyayn Sauber 1:47.728 + 0:04.366 14
20 9 Markus Eriksson Sauber 1:48.059 + 0:04.697 15
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Formula1, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar