İkinci təhsilini ÖDƏNİŞSİZ oxumaq istəyənlərin NƏZƏRİNƏ

İkinci təhsilini ÖDƏNİŞSİZ oxumaq istəyənlərin NƏZƏRİNƏ
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) yeni tədris ilindən Universitet Daxili İki Diplom (UDİD) proqramına yeniliklərlə start verəcək.

A24.Az xəbər verir ki, Universitetdən Trend-ə verilən məlumata görə, 2018/2019-cu tədris ilindən UNEC-ə 700 bal toplayaraq qəbul olan tələbələr proqrama ödənişsiz qoşula biləcəklər. 600-dən yüksək bal toplayan abituriyentlər üçün də UDİD proqramında inanılmaz fürsət yaradılıb. Belə ki, 600 və daha yüksək bal toplayaraq UNEC-i seçən abituriyentlərə UDİD proqramı üzrə təhsil üçün 50 faiz güzəşt tətbiq olunacaq.

UDİD proqramının məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn tələbləri icra etmək, bakalavriat səviyyəsində qəbul olunduğu ixtisaslarda müvəffəqiyyətlə təhsil alan tələbələrin ikinci ixtisas üzrə də əlavə təhsil almaqla, rəqabətədavamlı mütəxəssis kimi hazırlanmasıdır. UDİD proqramına qoşulan tələbələr 4 il ərzində iki ixtisasa yiyələnməklə gələcəkdə əmək bazarında layiqli yer tutmaq və onun tələblərinə çevik uyğunlaşmaq imkanı əldə edəcəklər.

İlkin mərhələdə UDİD proqramı “maliyyə”, “mühasibat uçotu və audit” və “marketinq” ixtisasları üzrə açılıb.

Qeyd edək ki, UNEC-ə 600 və daha yüksək bal toplayaraq qəbul olunan tələbələr universitetin xüsusi təqaüdünü də qazanırlar.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Elm, Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar