A24 Xeber

İkinci testlərə Massa hamıdan yaxşı başlayıb

İkinci testlərə Massa hamıdan yaxşı başlayıb
733
07 Mart 2017 - 22:46

Barselonada mövsümöncəsi ikinci testlərin ilk günündə hava isti olub. A24.az bildirir ki, havanın istiliyi təkərlərə də təsir edib. Keçən həftəki testlərdə eyni təkərlərlə daha uzun məsafə qət etmək mümkün idi, bu dəfə isə aşınma daha çox olub. Komandalar ilk testlərdə daha çox etibarlılığı yoxlayırdılar, indi isə tədricən sürətli dövrələrə diqqət yetirməyə başlayıblar. Yenə də testlərdə əsas prioritet qət edilən məsafədir.

Günün problemsiz keçdiyini demək mümkün deyil. Ferrari yeganə komandadır ki, bu il hələ heç bir problemlə qarşılaşmayıb. Sebastyan Fettel bu gün ən çox dövrə vuran sürücülərdən biri olub.

İlk test həftəsində istədiyi məsafəni qət edə bilməyən Williams üçün günü uğurlu hesab etmək olar – Felipe Massa FW40 ilə 168 dövrə vurub. Bu da həm maşının etibarlılığını, həm də Felipenin fiziki hazırlığını təsdiqləyib. Səhər sıralanma turu rejimində işləyən braziliyalı vurduğu dövrə ilə protokollara başçılıq edib. Onun SuperSoft-la göstərdiyi nəticə Valtteri Bottasın ilk testlərdəki nəticəsinə cüzi uduzub.

Protokollara Felipe Massa başçılıq edib – 1:19.726. Növbəti yerləri Daniel Rikkardo və Sebastyan Fettel tutublar.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00