İlahiyyatçıdan ateistlərin sayının artmasına MÜNASİBƏT: "Hamısı bilgisizdir"

İlahiyyatçıdan ateistlərin sayının artmasına MÜNASİBƏT: “Hamısı bilgisizdir”
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün dünyada ən böyük dinlərdən biri xristianlıq, digəri isə islamdır.

A24.Az “Sfera.Az”a istinadən xəbər verir ki, hazırda dünya əhalisinin təxminən  2.2 milyardı (və ya 31.5 faizi) xristian, 1.6 milyardı (23 faizi) isə müsəlmandır. Lakin son zamanlar bu iki dinin tərəfdarları ilə yanaşı ateizmə inananların da sayında artım olub.  Bu hal artıq Avropada təhlükə xarakteri alıb. Bu gün Norveçdə əhalinin 39 faizi ateist, 37 faizi isə mömindir. Çində əhalinin 49 faizi, Yaponiyada və Çex Respublikasında 39 faizi, Avstraliya və İslandiyada isə 19 faizi ateistdir. Ötən illərlə müqayisədə Azərbaycanda da ateizmə maraq yaranıb. Artıq ölkədə elmi kitablar daha çox nəşr edilir. Gənc nəsil demək olar ki, din adamlarının elm haqqında uydurduqları bir sıra fikirlərə (Məsələn, darvinizmin süquta uğraması ) inanmırlar.

İlahiyyatçı-ekspert Elşad Miri isə açıqlamasında bildirib ki, Azərbaycanda son zamanlar ateizmə marağın artmasının əsas səbəbi ölkədə dinlə məşğul olan qurumların normal təbliğat mexanizmini qura bilməməsidir:

“Faktiki olaraq bu gün Azərbayanda dinin təbliğatından söhbət belə getmir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindəki ilahiyyatçıların gördükləri iş heç də ümidverici deyil. Məhz bunun nəticəsidir ki, bu gün babasildən xilas olmaq üçün dualar kitabının nəşrinə icazə verilir”.

E.Mirinin sözlərinə görə, insanlar uydurulan dinin həqiqi olduğunu zənn edərək ateist olurlar: 

“Dini məsələlərlə məşğul olan qurumlar isə Allahın buyurduğu dinin yayılmasına qadağa qoyurlar. Bunun nəticəsidir ki, bu gün ateizm hər tərəfdə yayılır. Ateist gənclərin sayının artması bu qurumlarda çalışan şəxslərin yetərli savadlarının olmaması və gənclərin sosial media vasitəsi ilə əldə etdikləri bilgilərdir. Hansı ki, bu onlar əldə etdikləri bu məlumatları dərindən araşdırmırlar”.

İlahiyyatçı deyir ki, gənclər ətraflı düşünmədən ateist olurlar:

“Bir müddət var idi ki, insanlar düşünmədən “Allahu-Əkbər” deyib dindar olduqlarını söylədilər. Sonrakı dövrdə “urra” deyib kommunist oldular. İndi isə düşünmədən ateist olduqlarını söyləyirlər. Bu cür dindar və ateistlərlə söhbət etdikdə görürəm ki, hamısı bilgisizdir. Dindar şəxs nə zaman dini qəbul etdiyini, ateist isə nə zaman dindən imtina etdiyini bilmir”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Elm, Manşet, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar