İlahiyyatçının məhkəməsində insident yaşandı

İlahiyyatçının məhkəməsində insident yaşandı
Want create site? Find Free WordPress Themes and plugins.

İlahiyyatçı Elşad Miri ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında məhkəmə prosesi davam edir. İlahiyyatçı onun “İslamda yoxdur” adlı kitabının çapına qadağa qoyulmasına görə bu qurumu məhkəməyə verib.

Məsələyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Aygün Abdullayevanın sədrliyi ilə baxılır.

May ayının 10-da baş tutmuş məhkəmə prosesi də insidentsiz ötüşməyib. Belə ki, məhkəmə zalında əyləşən və şəxsiyyətləri məlum olmayan bir neçə şəxs iddiaçıya qarşı yolverilməz davranış sərgiləyərək ona psixoloji təzyiq edib və məhkəmədən sonra ona hər şeyi başa salacaqlarını deyərək hədə-qorxu gəliblər.

Prosess zamanı davamlı olaraq bu cür davranışa yol verdiklərinə və yerlərindən məhkəmə çəkişməsinə müdaxilə etdiklərinə görə, hakim iddiaçı tərəfin xahişi ilə bu şəxsləri məhkəmə zalından uzaqlaşdırdı.

Məhkəmənin gedişatı ərəfəsində ekspertiza məsələsi yenidən müzakirəyə çıxarıldıqda, iddiaçı tərəf bu ekspertizanın keçirilməsini həqiqətən müstəqil mövqeyə malik tanınmış alim, teoloq və islam tarixçisinə həvalə edilməsini təklif etdi, lakin cavabdeh tərəf bununla razılaşmadı və bu ekspertizanın BDU-nun ilahiyyat fakültəsinin müəllimləri tərəfindən keçirilməsini təklif etdi.

Bundan sonra iddiaçı Elşad Miri məhkəməyə vəsatət təqdim edərək, professor dr. İsrafil Balcının bu kitaba dair verdiyi rəyin, “Seyidlər kimlərdir: yalanlar və doğrular” adlı məqalənin, habelə mübahisə doğuran məsələ üzrə aparılmış sorğunun video çəkilişini və digər video faylları sübut qismində işə əlavə olunmasını məhkəmədən xahiş etdi.

İddiaçı tərəf vəsatətə izahat verərək bildirdi ki, təqdim olunan sənədlər və video-fayllar bir daha sübut edir ki, cavabdehin mübahisələndirdiyi fikirlər cəmiyyətə və ölkədəki dini duruma heç bir mənfi təsir göstərmir.

Eyni zamanda, professor Dr.İsrafil Balcının bu kitaba verdiyi müsbət rəy məhkəmə zalında əyləşən (prosess iştirakçıları olmayan) vətəndaşların əksəriyyəti tərəfindən rəğbətlə qarşılandı.

Məhkəmə bu vəsatətə və ona əlavə edilmiş sənəd və videofayllara gələn məhkəmə iclasında münasibət bildirəcəyini qeyd edərək işi 15.05.2018-ci il tarixinə təyin etdi.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən ekspertiza şöbəsi Elşad Mirinin “İslamda yoxdur” adlı kitabına verdiyi rəy nəticəsində kitabın ölkədə çapı, yayımı qadağan olunub. Sözügedən kitabda İslamda sehr, siğə, huri, azyaşlıların evləndirilməsi, seyidlik, ölüyə Quran oxutdurulması, peyğəmbərlərin məsumluğu kimi məsələlərin olmadığı bildirilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Manşet, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar