İlan vuran məşhur sehrbaz Arefdən xəbər var - FOTO

İlan vuran məşhur sehrbaz Arefdən xəbər var – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Antalyada tamaşaya hazırladığı kobra ilanı tərəfindən hücuma məruz qaldıqdan sonra xüsusi təyyarə ilə Misirə aparılan illüziyaçı Aref Ghafouri, piramidanın qarşısında dua etdiyi fotonu “İnstaqram” hesabında paylaşıb. Ghafouri şəklin şərh bölümünə “Sağlamlığıma qovuşdum” rəyini yazıb.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, A.Ghafouri iyulun 15-də, şou üçün gəldiyi Antalyada hazırlıq apararkən kobra cinsli ilanı tərəfindən hücuma məruz qalıb. Qolunu bir parça sıxaraq zəhərin bədəninə yayılmasının qarşısını alan Ghafouri, rus assistenti Yana Vinter ilə birlikdə Antalya Təhsil və Araşdırma Xəstəxanasına gətirilib. İlk müdaxilədən sonra gecəni burada keçirən Aref, Türkiyədə kobra zərdabi olmadığı üçün iyulun 16-də xüsusi təyyarə ilə Misirə aparılıb. Misirin paytaxtı Qahirədəki Qəsr ən-nil xəstəxanasında müalicəyə alınan Arefə, 24 tip zəhər əleyhinə maddə verilib. Aref Ghafouri sosial media hesabında paylaşdığı şəkildə sağlamlığına qovuşduğunu bildirib. İnstaqramdaki şəxsi səhifəsində piramidalar qarşısında dua edən zaman bir fotonu bölüşən Ghafouri, “Allahın izniylə sizin də dualarınızı sağlamlığıma qovuşdum, məni ən çətin anlarda belə tək qoymayan hər kəsə çox təşəkkür edirəm” ifadələrini qeyd edib. Aref Ghafouri müalicəsinin başa çatdığını, həftə sonuna qədər Türkiyəyə gələcəyini də qeyd edib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar