A24 Xeber

İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə iştirak edib

İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə iştirak edib
145
26 May 2018 - 20:34

Mayın 26-da ADA Universitetində məzun günü keçirilib.

A24.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər.

Məzun günü təhsil müəssisəsinin professor-müəllim heyətinin səhnəyə çıxması ilə başladı.

Sonra universitetdə təhsil alan əcnəbi tələbələr öz dövlət bayraqlarını gətirdilər.

Daha sonra fəxri qarovul dəstəsi Azərbaycan bayrağını gətirdi.

Prezident İlham Əliyev məzun günündə çıxış etdi.

Tədbirdə ADA məzunlarına həsr olunan video nümayiş olundu.

Sonra Universitetin məzunu, biznes fakültəsinin iqtisadiyyat üzrə bakalavrı Azər Əliyev çıxış etdi.

Daha sonra ADA-nın tədris işləri üzrə prorektoru Vəfa Kazdal çıxış etdi.

ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev məzun günündə dərin məzmunlu çıxışına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Sonra diplomların təqdim edilməsi mərasimi başladı.

Prezident İlham Əliyev məzunların bir qrupuna diplomları təqdim etdi.

Qeyd edək ki, bu tədris ilində ADA universitetində 11 ixtisas üzrə 530 tələbə məzun adını qazanıb.

A24.Az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00