A24 Xeber

İlham Əliyev: Azərbaycan və İtaliyanı dostluq münasibətləri birləşdirir

İlham Əliyev: Azərbaycan və İtaliyanı dostluq münasibətləri birləşdirir
33
01 İyun 2018 - 19:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya təbrik məktubu ünvanlayıb. 

A24.Az-ın məlumatına görə, təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə İtaliyanı dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir. Siyasi əlaqələrimizin yüksək səviyyəsi iqtisadi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətimizin dərinləşməsində mühüm rol oynayır.

İnanıram ki, dövlətlərarası münasibətlərimizin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın daha da möhkəmləndirilməsi istiqamətindəki səylərimiz bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İtaliya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00