İlham Əliyev Ərdoğanı doğum günü münasibətilə təbrik etdi

İlham Əliyev Ərdoğanı doğum günü münasibətilə təbrik etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

A24.Az xəbər verir ki, ölkə başçısı,  Prezident Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, qardaş Türkiyə xalqının firavanlığı naminə Prezidentlik fəaliyyətində ona uğurlar və möhkəm cansağlığı arzulayıb.

Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı nəticəsində günahsız insanların ermənilər tərəfindən qətlə yetirilməsini bir daha pisləyib, bu faciə ilə bağlı Azərbaycan Prezidentinə və xalqımıza baş sağlığı verib.

Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar