A24 Xeber

İlham Əliyev monteneqrolu həmkarını təbrik edib

İlham Əliyev monteneqrolu həmkarını təbrik edib
31
27 Aprel 2018 - 14:45

Prezident İlham Əliyev Monteneqronun yeni seçilmiş Prezidenti Milo Cukanoviçə təbrik məktubu ünvanlayıb.

A24.Az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Monteneqronun Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Monteneqro münasibətləri dinamik inkişaf yolundadır. Ümidvaram ki, yenidən dövlət başçısı kimi fəaliyyət göstərəcəyiniz növbəti dövrdə ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da genişlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşməsi yolunda səylərimizi davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Monteneqro xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.

A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00