İlham Əliyev: "Müsəlman aləmində Azərbaycan..."

İlham Əliyev: “Müsəlman aləmində Azərbaycan…”
Want create site? Find Free WordPress Themes and plugins.

İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxış edib.

A24.az azərtac-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışı zamanı “Müsəlman aləmində Azərbaycan müəyyən dərəcədə barışdırıcı, əlaqələndirici missiyanı uğurla icra edir” – deyib.

Dövlət başçısı bildirib: “Biz bundan sonra da beynəlxalq arenadakı rolumuzu fəal aparacağıq. Bizim bütün ölkələrlə qarşılıqlı hörmət və biri-birinin işinə qarışmamaq şərti ilə münasibətlərimiz qurulub. Bu münasibətləri biz möhkəmləndirəcəyik. Qonşu dövlətlərlə əlaqələrimiz daha da yüksək pilləyə qalxacaqdır. Mən buna əminəm. Çünki hazırda başladığımız və davam etdirdiyimiz iqtisadi və digər layihələr bunu deməyə əsas verir.”

İlham Əliyev qeyd edib ki, müsəlman aləmində Azərbaycan çox böyük dəstəyə malik olan bir ölkədir: “İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədaləti əks etdirən qətnamələr qəbul etmişdir. Baxmayaraq, müsəlman aləmində əfsuslar olsun ki, birlikdən danışmaq mümkün deyil, ancaq biz öz səylərimizlə bu birliyə aparan yolda çox fəal iş görürük. İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, “İslam Həmrəyliyi ili” elan edilməsi müsəlman aləmində çox yüksək qiymətləndirilib. Bu gün hesab edirəm ki, müsəlman aləmində Azərbaycan müəyyən dərəcədə barışdırıcı, əlaqələndirici missiyanı uğurla icra edir. Biz bundan sonra da çalışmalıyıq ki, həmrəyliyi möhkəmləndirək, xoşagəlməz tendensiyalar səngisin.”

Prezident deyib ki, eyni zamanda, Avropa ölkələri ilə Azərbaycanın yaxın münasibətləri var: “Keçən il Avropa İttifaqı ilə yeni saziş üzərində danışıqlar başlamışdır. Avropa İttifaqına üzv ölkələr bizim əsas ticarət tərəfdaşlarımızdır, əsas investorlardır. Əlbəttə ki, bizim siyasi, iqtisadi, enerji sahələrində əlaqələrimiz çox yüksək səviyyədədir. Bizim üçün də bu əməkdaşlıq çox önəmlidir. Çünki Azərbaycan müasirliyə gedən yoldadır. Biz inkişaf etməliyik, biz ən qabaqcıl standartları milli dəyərlərimizə uyğun olan şərtlə tətbiq etməliyik. Biz çox möhkəm milli köklər üzərində dayanmışıq və bu, bizim üçün əsasdır. Eyni zamanda, biz həmişə dünyaya açıq olmalıyıq və ən qabaqcıl texnologiyaları ölkəmizə gətirməliyik. Bu, artıq dünya ictimaiyyəti üçün açıq kitab kimi bir anlayışdır və indi hamı bilir ki, Azərbaycan prinsipial mövqedədir, müstəqil siyasət aparır. O siyasət ki, Azərbaycan xalqının maraqlarını təmin edir, o siyasət ki, bir çox tərəfdaşlar üçün də əlavə imkanlar yaradır.”

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar