İlham Əliyev Naxçıvanda hərbi hissədəki yeni Təlim-Tədris Mərkəzinin açılışını etdi

İlham Əliyev Naxçıvanda hərbi hissədəki yeni Təlim-Tədris Mərkəzinin açılışını etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki Təlim-Tədris Mərkəzində yaradılan şəraitlə tanış olub.

“A24.az” xəbər verir ki, Azərbaycan müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev dövlət başçısına raport verib.

Yeni yaradılan hərbi hissədə əsgər yataqxanaları, Əsgəri-Məişət Kompleksi, Təlim-Tədris Mərkəzi, qərargah binası, xəstəxana inşa olunub, sıra meydanı, idman şəhərciyi salınıb.

Sonra prezident Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsinin yeni hərbi xəstəxanasının açılışını edib.

Dövlət başçısı xəstəxana binasının rəmzi açılışını bildirən lenti kəsib.

Sonra dövlət başçısı silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar