İlham Əliyev Putinə zəng edib 

İlham Əliyev Putinə zəng edib
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

A24.Az  xəbər verir ki, dövlət başçısı Vladimir Putini Rusiya Federasiyasının Prezidenti vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib, ona Rusiya xalqının firavanlığı naminə fəaliyyətində yeni uğurlar arzulayıb.

Dövlət başçısı, eyni zamanda, Rusiya Prezidentinə qarşıdan gələn 9 May – Qələbə günü münasibətilə də təbriklərini çatdırıb. Prezident Vladimir Putin təbrikə və göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib və öz növbəsində dövlətimizin başçısını qarşıdan gələn 9 May – Qələbə günü münasibətilə təbrik edib.

Prezident İlham Əliyev təbrikə görə təşəkkür edib. Söhbət zamanı dövlət başçıları Azərbaycan-Rusiya strateji tərəfdaşlıq əlaqələrinin uğurlu inkişafını qeyd edib, ikitərəfli münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar