A24 Xeber

İlham Əliyev Trampa necə cavab verdi? – Politoloqdan açıqlama

İlham Əliyev Trampa necə cavab verdi? – Politoloqdan açıqlama
64
29 May 2018 - 20:46

“Bu gün ABŞ hökumətinə təşəkkür etmək istəyirəm. Çünki ABŞ hökuməti bu layihələrdə bizə həm siyasi, həm iqtisadi, həm də mənəvi dəstək göstərib. Bu layihələr böyük resurslar tələb edir və bu maliyyə banklar vasitəsi ilə təmin olunub”.

Bu sözləri prezident İlham Əliyev bu gün Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində deyib.

Bu açıqlama ilə İlham Əliyev amerikalı həmkarı Donald Trampın bir neçə gün əvvəl Cümhuriyyət bayramı münasibətilə ona göndərdiyi təbrik məktubuna cavab vermiş oldu. Bir növ isti sözlərə isti cavab verildi.

A24.Az xəbər verir ki, bu sözləri Atlas Araşırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloqun sözlərinə görə, həmin məktubda Donald Tramp Azərbaycanla əməkdaşlıqdan məmnun qaldığını bildirmişdi:

“Eyni günlərdə dövlət katibi Mayk Pompeo Avropanın Rusiya əvəzinə Qafqazdan, yəni Azərbaycandan qaz qalması vacibliyini qeyd etmişdi. Yeri gəlmişkən, İlham Əliyev bugünkü çıxışında Xəzər neftini dünya bazarlarına daşıyan iki boru xəttini – Bakı-Supsa və Bakı-Tiflis Ceyhanın önəmini xüsusi vurğuladı və bu zaman Bakı-Novorosiyk xəttini xatırlamadı. Bu gün bu xətt heç düz-əməlli işləmir. Halbuki, Rusiya qıcıqlanmasın deyə rəsmi Bakı 1990-cı illərin ortalarında birinci bu boru xəttinin tikintisinə razılıq vermişdi”, – deyə E.Şahinoğlu qeyd edib.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00