İlham Əliyev “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub - YENİLƏNİB/FOTOLAR 

İlham Əliyev “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub – YENİLƏNİB/FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 30-da Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub.

A24.Az xəbər verir ki,  Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verib.

Prezident, Ali Baş Komandan İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin tikintisini əks etdirən filmə baxıb, gəmilərin texniki göstəriciləri ilə tanış olub.

Elçin Quliyevin məruzəsində qeyd olunub ki, Azərbaycan Prezidentinin daimi diqqət və qayğısı sayəsində son illər ərzində Dövlət Sərhəd Xidmətində dinamik inkişaf təmin olunub, ən müasir silah və texnika dövlət sərhədinin mühafizəsinə cəlb edilib, döyüş tətbiqi imkanlarının ciddi genişlənməsinə nail olunub.

Sonra Dövlət Sərhəd Xidmətinin yeni xüsusi təyinatlı döyüş texnikasına, raket komplekslərinə, zərbəendirici pilotsuz uçan aparatlarına, silahlara, nəqliyyat vasitələri üzərində texniki-nəzarət stansiyalarına, idarəetmə və digər təyinatlı avadanlıqlara baxış keçirilib.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yeni inşa olunan “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub.

Yeni gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı mübarizə kompleksi, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən, itisürətli qayıqla təchiz edilmiş və 62 metr uzunluğunda olan sərhəd gözətçi gəmisinin dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkündür. Bildirilib ki, yeni gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhəd sularında rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə ediləcək.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar