A24 Xeber

İlham Əliyev: “Türkiyə dünyada bir gücdür”

İlham Əliyev: “Türkiyə dünyada bir gücdür”
49
25 Aprel 2018 - 16:41

“Türkiyə-Azərbaycan birliyi, qardaşlığı və dostluğu möhkəmdir və çox böyük gələcəyi var”. 

“A24.az” bildirir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan Türkiyədə baş verənləri böyük sevinclə qarşılayır:

“Əziz qardaşımın liderliyi ilə Türkiyə böyük yol keçib. Türkiyənin iqtisadi, siyasi, sosial inkişafı bizi sevindirir. Türkiyə dünyada bir gücdür. Getdikcə bu güc daha da böyüyür. Dostlar sevinir, düşmənlərin kefi pozulur. Əminəm ki, bundan sonra da Türkiyə yalnız qələbə və uğur yolu ilə gedəcək”.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00