İlham Əliyev yeni təhsil naziri təyin etdi  - SƏRƏNCAM

İlham Əliyev yeni təhsil naziri təyin etdi  – SƏRƏNCAM
Want create site? Find Free WordPress Themes and plugins.

Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Ceyhun Bayramov təhsil naziri təyin olunub.

A24.Az  xəbər verir ki, yeni nazir son təyinata kimi, təhsil nazirinin müavini vəzifəsində işləyib.

Qeyd edək ki, Ceyhun Əziz oğlu Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub.

Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.

1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub.

2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib. 2013-cü il mayın 30-dan avqustun 12-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Təhsil Naziri təyin olunub.

Evlidir, 2 övladı var.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar