İlham Əliyevdən xəbərdarlıq: "Həm insanlar zəhərlənir, həm pul gedir, bu məsələyə ciddi baxmaq lazımdır"

İlham Əliyevdən xəbərdarlıq: “Həm insanlar zəhərlənir, həm pul gedir, bu məsələyə ciddi baxmaq lazımdır”
Want create site? Find Free WordPress Themes and plugins.
“Siqaret – 160 milyon dollar xaricə gedir. Həm insanlar zəhərlənir, həm də pul gedir. Ona görə bu məsələyə çox ciddi baxmaq lazımdır”. 
A24.az xəbər verir ki, bunu prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.
Prezident əmin olduğunu bildirib ki, indi qəbul edilmiş qanun siqaret çəkənlər üçün yeni bir tövsiyə olacaq ki, camaat bu pis vərdişdən əl çəksin.
“Bilirsiniz, bu, xəstəlikdir, bədbəxtlikdir, çox pis vərdişdir. Bunun insan orqanizminə heç bir xeyri yoxdur, ziyandan başqa. Xaricə 160 milyon dollar gedir. İndi biz siqaret fabriki tikirik ki, xaricdən asılılıq azalsın. Ancaq xaricdən asılılığın azalmasında ən yaxşı hal o olar ki, Azərbaycanda siqareti az çəksinlər”.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar