A24 Xeber

İlham Əliyevdən yeni təyinat

İlham Əliyevdən yeni təyinat
192
21 May 2018 - 15:15

Mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyinat olub.

A24.Az xəbər verir ki, prezident İlham Əliyevin imzaladığı sərəncamla Vaqif Qadir oğlu Əliyev Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Vaqif Əliyev 1953-cü il iyul ayının 17-də anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib. 1975-1982-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda mühəndis, kiçik elmi işçi, qrup rəhbəri, baş müəllim vəzifələrində işləyib.

1982-1988-ci illərdə Azərbaycan Dövlət Universiteti komsomol komitəsinin katibi, 1988-1994-cü illərdə BDU-nun fizika fakültəsində baş müəllim vəzifəsində çalışıb.

1994-2001-ci illərdə gənclər, idman nazirinin I müavini, 2001-2003-cü illərdə isə gənclər, idman və turizm nazirinin I müavini vəzifəsində çalışıb. 2003-cü ildən 2011-ci ilə kimi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub.

18 fevral 2011-ci il prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Vaqif Əliyev mədəniyyət və turizm nazirinin I müavini təyin olunub. Fizika-riyaziyyat elmləri namizədidir (1980).

A24.Az 

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00