İlham Əliyevin bacısı oğlu belə məşq etdi - VİDEO

İlham Əliyevin bacısı oğlu belə məşq etdi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.
Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyevin yeni videosu yayılıb.
A24.Az-ın məlumatına görə, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti olan Azər 60 kq. çəki ilə məşq edib.
Peşəkar idmançı olan Azər məşq zamanı çəkilən videosunu Instagram hesabından paylaşıb. Sosial şəbəkədə mütəmadi olaraq öz videolarını paylaşan Azər qısa zamanda idman sahəsində böyük uğurlar əldə edib.
2 iyul 2011-ci ildə Çexiyanın paytaxtı Praqada paurliftinqin WPC versiyası üzrə gənclər arasında 100 kq-da yarışan Azər Əliyev 3 hərəkətin cəmində 600 kq ağırlığın öhdəsindən gəlib və 5-ci yeri tutub.
23 noyabr 2011-ci ildə Latviyanın paytaxtı Riqada paurliftinqin WPC versiyası üzrə dünya çempionatında yarışan idmançımız fəxri kürsüyə yaxın olub. Azər Əliyev 100 kq-da ləvazimatsız 610 kq qaldıraraq 4-cü yeri qazanıb.
2014-cü ildə isə Azər Əliyev Açıq Avrasiya Kuboku yarışında 250 kq-lıq nəticə ilə gümüş medala sahib olub.//baku.ws

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar