İlhamə Quliyevanın miras qalmaqalına SON - KİMƏ QALDI?

İlhamə Quliyevanın miras qalmaqalına SON – KİMƏ QALDI?
Want create site? Find Free WordPress Themes and plugins.

“Mərhum İlhamə Quliyevanın hüquqi varisləri bacıları İradə və Gülbahardır. Məhkəmə sərvətin bölüşdürülməsi ilə bağlı onların xeyrinə qərar çıxarıb”.

“A24.az” xəbər verir ki, bu barədə “modern.az”a açıqlamasında mərhum xalq artisti İlhamə Quliyevanın yaxın qohumu müğənni Əli Mirəliyev deyib.

O, İlhamə Quliyevanın sərvətinin hüquqi varisləri haqqında danışarkən “oğulluğu Orxan İlhamənin heç nəyidir” deyib.

Ə.Mirəliyevin sözlərinə görə, məhkəmənin qərarından sonra varislik və sərvət iddiasına son qoyulub.

“Orxan İlhamə Quliyevanın heç nəyidir. Mən isə İlhamə Quliyevanın dayısının kürəkəniyəm. Məsələn, mən o işdə kiməm ki, sərvətə iddialı olum…

İlhamə Quliyeva sadəcə olaraq mənə inanırdı və məni çox istəyirdi. Amma bu o demək deyil ki, mən sərvətə hüquqi varis olmalıyam. Hər inanılan adam varis ola bilməz. Hüquqi varislik statusu İlhamənin bacılarındadır”- deyə Əli Mirəliyev bildirib.

Xatırladaq ki, xalq artisti İlhamə Quliyeva vəfat edəndən sonra onun oğulluğu Orxan Nadirov, bacıları və yaxın qohumları arasında varislik və sərvət qalmaqalı qopmuşdu.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar