İlk dərs günü HAVA necə olacaq?

İlk dərs günü HAVA necə olacaq?
Want create site? Find Free WordPress Themes and plugins.

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

“A24.az” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-22, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz olacaq.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Mülayim cənub küləyi əsəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar