A24 Xeber

İllər sonra Obamadan etiraf: Ərdoğanla mübahisə etməkdən nifrət edirəm

İllər sonra Obamadan etiraf: Ərdoğanla mübahisə etməkdən nifrət edirəm
163
11 İyun 2018 - 11:46

ABŞ-ın sabiq prezidenti Barak Obamanın bütün ikili görüşlərində iştirak edən keçmiş milli təhlükəsizliyin məsləhətçisi Ben Rhodes Obamayla Ərdoğan arasında yaşanan dialoqdan danışıb.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, bu barədə Ben Rhodes “Olduğu kimi Dünya” adlı yazdığı kitabında qeyd edib.

Kitabda yazılanlara görə 2011-ci ildə BMT-nin ümumi yığıncağında Ərdoğan Obamaya xeyli çətin anlar yaşadıb.

2011-ci ildə Ərdoğanla görüşən Obamanın gündəmində Fələstin məsələsi olub. Görüş zamanı Ərdoğan Obamaya 1 ildə 180 dərəcə necə döndüyünü xatırladıb.

Ben Rhodesin yazdıqlarına görə, Ərdoğan Obamayla görüşündə bığlarının altından gülərək Obamanın BMT Baş Assambleyasında etdiyi çıxışındakı Fələstin bölməsini oxuyub: “Ərdoğan məsələləri detallarına kimi müzakirə etməyi sevirdi. Obama Fələstinlilərin BMT vasitəsiylə müdafiə edilə bilməyəcəklərini irəli sürdü. “İsraillə müzakirə edilməli idi”, – deyərək Cənubi Sudanı misal çəkdi.

Bu sözlərdən sonra Ərdoğandan Obamanı küncə sıxışdıracaq bir sual gəldi: “Cənubi Sudan üçün Şimalda illərlə qanunların yerinə yetirilməsi lazımdır. Eynisini İsrail üçün də məsləhət bilirsinizmi?”, – deyə sual edəndən sonra Obama donub qalıb.

Ərdoğana cavab verməyən Obama daha sonra Ben Rhodesə “Ərdoğanla mübahisə etməkdən nifrət edirəm” deyərək  rekasiyasını göstərib.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00