A24 Xeber

İllərdir küsülü olan Azərbaycanın iki xalq artisti Cümhuriyyətin 100 illiyində BARIŞDI- FOTO

İllərdir küsülü olan Azərbaycanın iki xalq artisti Cümhuriyyətin 100 illiyində BARIŞDI- FOTO
180
29 May 2018 - 10:04

Ötən gün xalq artistləri Aygün Kazımova və Zülfiyyə Xanbabayeva arasında barışıq olub. 

“A24.Az” Qafqazinfoya istinadla xəbər verir ki, hər iki məşhur müğənni Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən konsertdə bir araya gəliblər.

Cütlüyün barışıq fotosunu Aşıq Samirə Əliyeva instaqram səhifəsində paylaşıb.  Paylaşımda səmimi görünən sənətçilərin barışdıqları təsdiq olunub.

Bundan əlavə, gecədə A. Kazımova ilə əməkdar artist Tünzalə Ağayeva arasında soyuq münasibətlər sona çatıb.  Belə ki, sonda səhnəyə çıxan sənətçilər arasında Tünzalə ilə Aygün yan yana durub.  Sosial şəbəkələrdə yayılan videoda onların tez-tez söhbət etmələri diqqətdən yayınmayıb.

Qeyd edək ki, yanvar ayında türkiyəli müğənni Ajda Pekkanın Heydər Əliyev Sarayında baş tutan konsertdə xalq artistləri Aygün Kazımova və Zülfiyyə Xanbabayevanın barışmaqları barədə xəbər yayılsa da, hər ikisi təkzib etmişdi..

Bildirək ki, T. Ağayeva ilə A. Kazımova da bir müddətdir münasibətlərinə son qoyublar. Onlar tədbirlərdə bir-birini görməzlikdən gəlmiş,  salamlaşmamışdılar. Ağayeva son olaraq xalq artistinin ona hörmət qoymadığını açıqlamışdı.

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00