İlqar Balakişiyev qatilinin üstünə gedərkən nə deyib?

İlqar Balakişiyev qatilinin üstünə gedərkən nə deyib?
Want create site? Find Free WordPress Themes and plugins.

Gəncədə qanunsuz aksiyanın qarşısının alınması zamanı hücuma məruz qalaraq öldürülən İlqar Balakişiyev etirazçıların üstünə əliyalın gedib.

“A24.az” bildirir ki, bu barədə “gununsesi.info”ya Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarından biri söyləyib. Hadisə şahidi olan həmin polisin sözlərinə görə, İlqar Balakişiyev etirazçılara yaxınlaşan zaman yanındakılardan biri əlavə polis əməkdaşlarının onları müşaiyyət etməsini istəsə də rəis müavini bunu gözləməyib.

“Gəncəlilər mənə əl qaldırmaz” deyən İlqar Balakişiyev etirazçıları sakitləşdirmək istəyərkən qəfildən Rəşadın hücumuna məruz qalıb. Qatil belindən çıxardığı xəncəri rəis müavininin böyrək nahiyyəsindən vurub.

Xəstəxanaya çatdırılsa da İlqar Balakişiyevi xilas etmək mümkün olmayıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar