A24 Xeber

İmişlidə qadın özünü şərflə asaraq intihar etdi

İmişlidə qadın özünü şərflə asaraq intihar etdi
605
14 Mart 2017 - 9:24

İmişlidə psixoloji problemləri olan qadın özünü şərflə asaraq intihar edib. 

“A24.az” “report”a istinadən xəbər verir ki, hadisə rayonun Həsənov küçəsində baş verib.

Belə ki, 1969-cu il təvəllüdlü Şahbazova Səidə İman qızı yaşadığı evin həyətindəki qeyri-yaşayış sahəsində özünü şərflə asaraq intihar edib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Məlumata görə, S.Şahbazovanın uzun müddətdir ki, psixoloji problemləri varmış.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00