İmişlidə silsilə oğurluqlar edən şəxs tutuldu

İmişlidə silsilə oğurluqlar edən şəxs tutuldu
Want create site? Find Free WordPress Themes and plugins.

İmişli rayonunda silsilə oğurluqlar edən şəxs saxlanılıb.

Martın 24-də Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətindən İmişli RPŞ-yə rayon sakini Yengibar Şükürova məxsus kafedən 2658 manat dəyərində  bir ədəd soyuducu mühərrikinin, 2 ədəd səsgücləndirici, 2 ədəd generator, 200 metr uzunluğunda kabel və 2 ədəd santexniki avadanlığın oğurlanması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş 26 yaşlı Zeyqəm Musayev saxlanılıb. Dindirilmə zamanı Z.Musayev törətdiyi  cinayəti etiraf edib.

Ətrafında aparılan araşdırmalar nəticəsində Z.Musayevin  digər cinayətlərdə də əli olduğu aşkarlanıb. Belə ki, saxlanılan şəxs ayrı-ayrı vətəndaşlara məxsus “KamAZ” markalı yük avtomobilindən ümumi dəyəri 1220 manat olan 4 ədəd akkumlyator oğurladığı məlum olub.

 Bundan başqa həmin şəxsin digər vətəndaşa məxsus dəmir sexindən 450 manatlıq 145 metr uzunluğunda mis məftil oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı İmişli RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır. //APA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar