İmişlidə toya gedən iki ailə qəzaya düşdü - 5 yaralı

İmişlidə toya gedən iki ailə qəzaya düşdü – 5 yaralı
Want create site? Find Free WordPress Themes and plugins.

İmişli rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə günorta saatlarında İmişli şəhərində, Şəhidlər Xiyabanı yaxınlığında qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil hərəkətdə olarkən qarşıdan gələn avtomobillə toqquşma təhlükəsi ilə üzləşib. Bu səbəbdən sürücü maşını yolun kənarına çıxarıb.

Hadisə zamanı “Mercedes”də olan İmişli sakinləri: – 1972-ci il təvəllüdlü Nüşabə Mecdin qızı Fərmanova və qızı – 2002-ci il təvəllüdlü Aysel İnqilab qızı Fərmanova, 1979-cu il təvəllüdlü Aynurə Atakişi qızı Quliyeva və övladları: – 2008-ci il təvəllüdlü Ülvi Mahir oğlu Quliyev və 2002-ci il təvəllüdlü Səbinə Mahir qızı Quliyeva aldıqları yüngül bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanada onlara ilk tibbi yardım göstərildikdən sonra yaralılar ambulator müalicəyə göndərilib. Qeyd edək ki, xəsarət alanlar toy mərasiminə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar