İnam Kərimov nazirliyin qarşısına qoyduğu 3 əsas prinsipi açıqladı

İnam Kərimov nazirliyin qarşısına qoyduğu 3 əsas prinsipi açıqladı
Want create site? Find Free WordPress Themes and plugins.

“Aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə sosial-iqtisadi göstəricilər yüksəlib”.

“A24.az” “Report”a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında deyib.

O bildirib ki, kənd təsərrüfatı sahəsi ölkənin problemlərinin həllində, xüsusilə regionlarda yaşayan insanların məşğulluğunda önəmli rol oynayır: “Vətəndaşların keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təminatı, ölkədən valyuta axının qarşısının alınması məsələsi qarşıda duran əsas vəzifələrdəndir. Nazirliyin qarşısında 3 əsas prinsip qoyulub ki, bunlar kəndli və fermerlərlə yaxınlıq, kənd təsərrüfatında düzgün idarəçiliyə nail olmaq və innovasiyaların tətbiqini həyata keçirməkdir”.

Nazir əlavə edib ki, hazırda nazirlik fəaliyyətini 5 əsas istiqamət üzrə inkişaf etdirir: “Azərbaycan Dövlət Aqrar Universitetin fəaliyyətinin təkmilləşdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi əsas istiqamətlərdəndir. Elmi resursları səfərbər etməklə aqrar sahədə problemlərin həllinə nail olmaq olar. Bu gün kənd təsərrüfatı sektoru və fermerlərin bizdən gözləntiləri var”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar