İnam Kərimovdan yeni təyinat: xanım direktor seçdi

İnam Kərimovdan yeni təyinat: xanım direktor seçdi
Want create site? Find Free WordPress Themes and plugins.

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Dövlət Aqrar Ticarət Şirkəti” MMC təsis edilib.

“A24.az” APA-ya istinadla xəbər verir ki, şirkətin məqsədi fermerlərə metodiki tövsiyyələrin verilməsi, tədarük şirkətləri ilə fermerlərin əlaqələrinin qurulmasına dəstək, fermerlərin bazara çıxışı istiqamətində məsləhət xidmətlərinin verilməsi, aqrar sahədə sosial məsuliyyət anlayışı çərçivəsində maarifləndirici xüsusi bülletenlərin və digər nəşrlərin buraxılmasından ibarətdir.

“Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru isə Leyla Məmmədova təyin olunub.

O,Cenevrə Biznes Məktəbindən Bankçılıq və Maliyyə üzrə Magna Cum Laude fəxri dərəcə ilə məzun olmuşdur. Leyla Məmmədova həmçinin, Qafqaz Universitetində və Moskva Biznes Menecmenti Məktəbində təhsil alıb.

Türkiyənin Ziraat Bank Akademiyası və ADA Universitetinin ixtisas artırma proqramlarının məzunudur.

Leyla Məmmədova dövlət səhmli “Azər-Türk Bank”da uzun müddət Strateji Planlaşdırma və Marketinq departamentinin direktoru vəzifəsində çalışmış, daha sonra kariyerasını Sinam informasiya və texnologiyalar şirkətinin “start-up” layihəsinin direktoru olaraq davam etdirib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar