A24 Xeber

Baham adalarında Dayver ətrafdakı köpək balıqlarının yanında onlardan birini hipnoz edib.

“A24.az” Trend-ə istinadən xəbər verir ki, bu tryuku akvalangist Li Kobb nümayiş etdirib.

Emma adlı 5 metrlik köpək balığını əvvəla yemləyib, daha sonra hipnoz edib. Dayver onu ehmalca başı aşağı çevirib, sonra isə köpək balığı özünə gəlib və uzaqlaşıb. Ətrafda olan digər köpək balıqları hadisəyə münasibət bildirməyib.

Dayver köpək balığını tanatoz vəziyyətinə salıb. Bu müdafiə üçün reaksiyadır. Bəzi heyvanlar, misal üçün opossumlar, təhlükə olduğu təqdirdə ölü olduqlarını göstərir.

Köpək balıqları haqda “The Shark Trust” portalının məlumatına əsasən, köpək balıqlarının üzündə olan bəzi nöqtələrə toxunmaqla bu vəziyyəti yaratmaq olar. Bu yoldan adətən tədqiqatçılar istifadə edir.

Baham adalarında Dayver ətrafdakı köpək balıqlarının yanında onlardan birini hipnoz edib. “A24.az” Trend-ə istinadən xəbər verir ki, bu tryuku akvalangist Li Kobb nümayiş etdirib. Emma adlı 5 metrlik köpək balığını əvvəla yemləyib, daha sonra hipnoz edib. Dayver onu ehmalca başı aşağı çevirib, sonra isə köpək balığı özünə gəlib və uzaqlaşıb. Ətrafda olan digər köpək balıqları […]

İnanılmaz ŞOU – Akvalangist köpək balığını hipnoz etdi – VİDEO

18