İndi də Fransa şokda – Muzeydəki əsərlərin çoxu saxta çıxdı

İndi də Fransa şokda – Muzeydəki əsərlərin çoxu saxta çıxdı
Want create site? Find Free WordPress Themes and plugins.

Avropa mədəniyyət dünyası 2 ay ərzində ortaya çıxan ikinci saxta tablo qalmaqalı ilə sarsılıb. Rəssam Etienne Terrusun tablolarını qoruyan muzeydəki rəsm əsərlərinin yarısından çoxunun rəssama aid olmadığı ortaya çıxıb.

“A24.az” xəbər verir ki,  ötən il İtaliyanın Cenova şəhərində açılan Modigliani sərgisində yer alan 21 tablodan 20-si saxta çıxmışdı. Məhkəmənin muzey ziyarətçilərinə pullarını geri qaytarmaqla bağlı çıxardığı qərardan sonra cümə günü daha bir qalmaqal Fransada yaşanıb.

Belə ki, Fransanın cənubunda yerləşən Elne şəhərində 19-ci əsrin rəssamı Etienne  Terrusun tablolarının saxlandığı muzeydəki əsərlərin yarıdan çoxunun rəssama aid olmadığı ortaya çıxıb. 1857-ci ildə Elne şəhərində dünyaya gələn və 25 yaşında dünyasını dəyişən fransız rəssamın adına açılan sərgidəki 150 tablodan 82-nin ona aid olmadığı məlum olub. Araşdırma isə muzeyi ziyarət edən sənət tarixçisi Eric Forcadanın xəbərdarlığından sonra aparılıb.

20 il rəssama aid olduğunu düşündükləri rəsm əsərlərini alan muzeyin və Pyrenees qəsəbəsinin rəhbərliyi muzeyi ziyarət edənlərdən üzr istəyib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar