A24 Xeber

İndoneziyada təyyarə qəzası: 8 ölü var

İndoneziyada təyyarə qəzası: 8 ölü var
43
12 Avqust 2018 - 10:58

İndoneziyanın şərqində itən kiçik təyyarənin göyərtəsində olan 9 nəfərdən səkkizi ölüb.

A24.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə bazar günü “Sinhua” agentliyi məlumat yayıb.

Bildirilir ki, xəsarət almasına baxmayaraq sərnişinlərdən biri sağ qalıb.

Şənbə günü radarlardan itən təyyarə Papua əyalətinin Oksibil rayonu ərazisində qəzaya uğrayıb.

“Kyodo” agentliyinin məlumatına görə, bu ərazi hava şəraitinin tez-tez dəyişməsi səbəbindən uçuşlar üçün təhlükəli bölgə hesab olunur.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00